Zlatan İbrahimoviç və Romelu Lukaku  yanvarın 26-da baş tutan "İnter" - "Milan" matçındakı insident səbəbindən cəzalanıb.

Unikal.org xəbər verir ki, İbra 4 000 avro, Lukaku isə 3 000 avro məbləğində cərimələnib. Bundan əlavə, "Milan" və "İnter" klubları da futbolçularının nizamsız hərəkətinə görə cərimə ödəməli olacaq (2 000 avro; 1,250 avro).

Xatırladaq ki, İtaliya kubokunun 1/4 final mərhələsinin "İnter" - "Milan" (2:1) oyununda meydan sahiblərinin futbolçusu Romelu Lukaku ilə qonaq komandanın hücumçusu Zlatan İbrahimoviç arasında dava düşmüşdü.