Böyük Britaniyada son sutka ərzində 2166 nəfər koronavirus infeksiyasına yoluxub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Ölkə üzrə koronavirusa yoluxanların sayı 4 411 797 nəfərə çatıb.

Ötən 24 saatda daha 29 pasiyent dünyasını dəyişib. COVID-19 qurbanlarının ümumi sayı 127 480 nəfərdir.