Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 150 milyon 242 min 628 nəfərə çatıb.

Unikal.org xarici KİV-ə  istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 164 min 170 nəfərdir. İndiyədək 127 milyon 775 min 690 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatına əsasən, ötən sutka ərzində 763 656 nəfər koronavirusa yoluxub, 12 260 nəfər vəfat edib.