Fransanın PSJ klubunun futbolçusu Markinyos Çempionlar Liqasında yeni uğura imza atıb.

Unikal.org-un məlumatına görə, 27 yaşlı müdafiəçi buna İngiltərənin "Mançester Siti" komandasına 1:2 hesabı ilə uduzduqları yarımfinal mərhələsinin ilk oyununda nail olub.

Görüşdə hesabı açan braziliyalı oyunçu tarixdə ardıcıl iki və ya daha çox mövsüm 1/4 və yarımfinal mərhələlərində qol vuran üçüncü futbolçu olub. Daha əvvəl bunu hazırda İspaniya "Barselona"sında oynayan Antuan Qrizmann və İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldu bacarıb.

Qeyd edək ki, PSJ və "Mançester Siti" komandaları arasındakı cavab oyunu mayın 4-də olacaq.