ABŞ-ın Luiziana ştatında atışma nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Unikal.org  xəbər verir ki, bu barədə ABC kanalı məlumat yayıb. Bildirilib ki, hadisə Yeni Orlean şəhərində fransız məhəlləsi yaxınlığında baş verib. Yaralılar xəstəxanaya aparılıb, onlardan biri yolda keçinib. Hazırda müstəntiqlər şübhəlinin şəxsiyyətini və hadisənin motivlərini müəyyənləşdirmək üçün məlumat toplayırlar.