Türkiyə Silahlı Qüvvələri İraqın şimalında "Pəncə-İldırım" antiterror əməliyyatı çərçivəsində daha iki PKK terrorçusunu zərərsizləşdirib.

Unikal.org  xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bununla da "Pəncə-İldırım" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 46-ya çatıb.

Qeyd edək ki, İraqın şimalında "Pəncə-Şimşək" və "Pəncə İldırım" əməliyyatları Türkiyə Silahlı Qüvvələri tərəfindən 23 aprel tarixində başladılıb.