“Sabah” klubla müqavilə müddəti bitən Kevin Kubemba ilə yollarını ayırıb.

Unikal/org xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Sabah” futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Kevin 2019-cu ilin iyun ayından bu komandanın üzvü idi. “Sabah” ondan öncə müqavilə müddəti bitən Məhəmməd Mirzəbəyov, Amadu Diallo və Alvaro Vilyete ilə də yollarını ayırmışdı.