Futbol üzrə İspaniya La Liqasında sonuncu – 38-ci tura start verilib.

Unikal.org xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Levante” doğma meydanda “Kadis”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Lider “Atletiko” bu turda “Valyadolid” səfərinə yollanıb. Madrid təmsilçisi bu görüşdə qələbə qazansaydı, mövsümün qalibi olacaqdı. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Amma qalan dəqiqələrdə iki qol vuran madridlilər əzmkar qələbə sayəsində çempion olublar. Turnir cədvəlinin ikinci pilləsində yer alan “Real”ın bu turdakı rəqibi “Vilyarreal” olub. “Real” da bu oyunda əzmkar qələbəyə sevinib. Amma sonda gümüş medallarla kifayətlənib.

“Barselona” isə son turda səfərdə “Eybar”ı minimal hesabla üstələyib və bürünc mükafatçı olub.

İspaniya La Liqası, 38-ci tur

21 may

Levante – Kadis 2:2
Qol
: Rocer, 8. Melero, 58 – Neqredo, 14. Akapo, 32.

22 may

Selta – Betis 2:3
Qol
: Aspas, 32-pen. Mendes, 49 – B.İqlesias, 53-pen. Fekir, 69. V.Ruis, 73.

Eybar – Barselona 0:1
Qol
: Qrizmann, 81.

Elçe – Atletik 2:0
Qol
: Boye, 28. Quti, 73.

Hueska – Valensiya 0:0

Osasuna – Real Sosyedad 0:1
Qol
: İsak, 86.

Real – Vilyarreal 2:1
Qol
: Benzema, 87. Modriç, 90+2 – Pino, 20.

Valyadolid – Atletiko 1:2
Qol
: Plano, 18 – Korrea, 57. L.Suares, 67.

23 may

20:30. Qranada – Xetafe
23:00. Sevilya – Alaves