Bu gün “Azərsu” ASC yanında İctimai Şuraya üzvlüklə bağlı təkrar seçkilər keçirilib.

Bu barədə Unikal.org-a qurumdan bildirilib.

Məlumata görə, seçki prosesi səhmdar cəmiyyətinin "Facebook" sosial şəbəkəsindəki səhifəsi vasitəsilə canlı yayımlanıb.

İctimai Şuraya üzvlüklə bağlı seçkilərdə vətəndaş cəmiyyəti institutlarının 16 nümayəndəsi namizəd kimi qeydə alınıb. Namizədlərdən biri seçkidən əvvəl namizədliyini geri götürüb. Mayın 25-də keçirilmiş ilkin seçkilərdə “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Cəfərova Mətanət Əsgər qızı və Milli QHT Forumunun prezidenti Zeyni Rauf Xurşud oğlu 50%-dən çox səs topladıqlarına görə Seçki Komissiyasının qərarına əsasən, İctimai Şuranın üzvü seçiliblər. Digər 9 üzvün seçilməsi üçün təkrar seçkilərin keçirilməsi qərara alınıb.

Təkrar səsvermədə vətəndaş cəmiyyəti institutlarının 13 nümayəndəsi mübarizə aparıb. Seçkilərdə vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən ibarət 49 seçici iştirak edib. Qutudan çıxan bütün bülletenlər Seçki Komissiyasının üzvləri tərəfindən yoxlanılıb və 48 bülleten etibarlı hesab edilib. Beləliklə seçkilərin nəticələrinə əsasən namizədlər arasında səslərin sayı aşağıdakı kimi qeydə alınıb.

Təkrar səsvermədə aşağıda adları qeyd olunan vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri sadə səs çoxluğu ilə İctimai Şuraya üzv seçiliblər.

Abbasov Rövşən Xanış oğlu “Sağlam Həyata Doğru” Ekoloji İB
Hüseynov Eyyub Mahmud oğlu “Azad İstehlakçılar” İB
İbrahimli Qorxmaz Əbülfəz oğlu “Biosfer” İB
İmanova Aytən Rüfət qızı “Beynəlxalq Hidroloji Proqram” İB
Qəribov Tələt Yusif oğlu “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İB
Mikayılova Xədicə Hacı qızı “Əlillər Cəmiyyəti” İB
Şahverdiyev Cavid Nadir oğlu “Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi” İB
Vəliyev Mirzə Məmməd Ağamurad oğlu Əlil Sahibkarlar Təşkilatı İB
Yusubova Qəmzə Xanlar qızı “Ekoloji Maarifçilik və Monitorinq” İB