Abşeron milli parkını ziyarət edən uşaqların təbiət qoynunda istirahətini daha maraqlı, daha əyləncəli keçirmələrinə şərait yaratmaq məqsədilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində, may ayının 30-da milli parkda çərpələng uçurma yarışı keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər nazirliyindən Unikal.org-a verilən məlumata görə, küləkli və günəşli səma altında keçiriləcək bu əyləncə  uşaqların ailə üzvləri ilə birgə istirahətini açıq havada təbiət gözəlliklərindən zövq almaqla keçirmələrinə şərait yaradacaq.

Abşeron yarımadasının cənub-şərq qurtaracağında, Şah Dili adlanan ərazidə yerləşən və üç tərəfdən dənizlə əhatə olunan Abşeron milli parkının füsunkar təbiətini görmək arzusunda olanları və çərpələng uçurma yarışında iştirak etmək istəyənləri milli parka dəvət edirik.