Türkiyə Milli Müdafiə Nazirliyi (MN) Ermənistanın işğalından azad edilən Azərbaycan torpaqlarında minalardan təmizlənən ərazilərin sahəsini açıqlayıb.

Unikal.org xəbər verir ki, Türkiyə MN-in rəsmisi Pınar Kara bildirib ki, azad edilmiş ərazilərdə Türkiyə tərəfinin apardığı minatəmizləmə əməliyyatı çərçivəsində indiyə qədər 304 318 kvadrat metr ərazi minalardan təmizlənib.