Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

Unikal.org “NEWS.am”a istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Nazirlər Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti, Qarabağdakı Rusiya sülhməramlılarının qarşıya qoyulan tapşırıqları icrası durumunu müzakirə ediblər.

Qeyd edək ki, V.Arutyunyan mayın 27-də Moskvada səfərdə olub və S.Şoyqu ilə görüşüb.