Mayın 24-dən 31-dək Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının "Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması" mövzusuna həsr edilmiş 74-cü sessiyası keçirilib.

Unikal.org xəbər verir ki, ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun dəvəti əsasında mayın 31-də sessiyanın bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizəsini yüksək qiymətləndirərək 2021-ci ilin "Səhiyyə işçiləri ili" elan edilməsini təqdir edib və bu sahədə Azərbaycanda görülmüş işlər barədə dolğun məlumat verib: “Pandemiyanın lap ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilib. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilib. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır.

Bununla yanaşı, COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilib”. Ölkəmizdə artıq 2 milyon doza peyvənd istifadə edilib ki,  bu da əhalinin 20 faizini təşkil edir. Pandemiyanın qarşısının alınması istiqamətində dövlət səviyyəsində ardıcıl tədbirlər həyata keçirilib, bununla bağlı qanunvericilikdə müvafiq dəyişiklik və əlavələr qəbul olunub. Görülən işlərin nəticəsində bu gün artıq yoluxma sayı təkrəqəmli ədədlə ifadə olunur.  Ona görə də karantin rejiminin  tədricən yumşaldılması üçün münasib şərait yaranıb. Sakinlər artıq açıq havada maskasız hərəkət etmək və müvafiq tələblərə riayət etməklə metro və şəhərlərarası nəqliyyatdan istifadə etmək imkanı əldə ediblər. Cənab prezident İlham Əliyev öz çıxışında Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə olduqca səmərəli əməkdaşlıq mühitinin formalaşdığını vurğulayaraq bu qurumun fəaliyyətini dəstəkləmək məqsədi ilə ölkəmizin10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etdiyi və koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərildiyi barədə sessiya iştirakçılarını məlumatlandırıb. Ona görə də təsadüfi deyil ki, ötən il Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb. Azərbaycan pandemiya ilə mübarizədə həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsi üçün bütün səviyyələrdə çağırışlar edib.

Ölkəmiz Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış edib. Bu xüsusda Hərəkatın 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısını və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını ayrıca qeyd etmək lazımdır. Davam edən "peyvənd millətçiliyi", peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlikdən bir  daha narahatlığını ifadə edərək inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağıran dövlətimizin başçısı bununla əlaqədar ölkəmizin birmənalı mövqeyini də açıqlayıblar: “Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləyib. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0.3 faizi azgəlirli ölkələrin payına düşmüşdür”. Zəfərlə bitən 44 günlük Vətən Müharibəsində itkilərimizə və pandemiyanın mənfi təsirlərinə baxmayraq cənab Prezidentin  rəhbərliyi ilə çevik hərbi və sosial - iqtisadi siyasətin həyata keçirilməsilə ölkə səhiyyəsi də öz dayanıqlılığını qoruyub saxlaya bilib. 
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov: