1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu münasibətlə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov və bir qrup partiya fəalları rayonun 5 şəhid ailəsinin uşaqları ilə yaşadıqları evdə görüş keçirmiş, onların qayğıları ilə maraqlanılmış və şəhid övladlarına hədiyyələr təqdim edilmişdir.

Unikal.org xəbər verir ki, millət vəkili Cavid Osmanov rayonun Ərəbocağı kəndinin şəhidi Osmanov Məhəmməd Seymur oğlunun yeni dünyaya gəlmiş oğlu Məhəmmədxəlili ziyarət etmiş, ailə üzvləri ilə söhbətləşmiş, hər zaman dövlət səviyyəsində uşaqlara göstərilən xüsusi diqqət və qayğıdan danışmış, uşaqların sağlam və firavan böyüməsinin, rifahının yüksəldilməsinin dövlət siyasətinin başlıca vəzifələrindən biri olduğunu qeyd etmişdir.