PSJ-nin baş məşqçisi Mauritsio Poçettinonun durumuna aydınlıq gəlib.

Unikal.org xəbər verir ki, argentinalı mütəxəssis Paris təmsilçisi ilə yeni müqavilə bağlayıb.

Tərəflər arasındakı gələn ilin yayına qədər olan müqaviləyə uzadılma ilə bağlı bənd salınmışdı ki, Fransa klubu bundan yararlanıb. PSJ rəhbərliyi bununla Poçettinonun “Tottenhem”ə qayıtmaq variantının qarşısını alıb.

Qeyd edək ki, Mauritsio Poçettino bu ilin yanvarından PSJ-ni çalışdırır.