AzMİU-nun 3 tələbəsi 2021/22-ci tədris ilində Erasmus+ Mübadilə proqramında iştirak edərək xaricdə təhsil almaq hüququ qazanıb. 

Unikal.org xəbər verir ki, memarlıq fakültəsinin magistrləri - Nəzrin Əhmədzadə, Nazlıxanım İbrahimli və Rəhimə Rəhdari magistr təhsillərinin növbəti bir semestrini xaricdə davam etdirəcək.

Tələbələrimiz Avropa Birliyinin Erasmus+ mübadilə proqramı çərçivəsində İtaliyanın Milan Texniki Universitetində təhsil alacaqlar.