Vətən müharibəsində qəhrəmanlıqları ilə dastan yazan Xüsusi Təyinatlı Qüvvələrin  komandanı, general-leytenant Hikmət Mirzəyevin hərbi xidmətə başladığı ilk illərə aid fotoları yayılıb.

Unikal.org xəbər verir ki, sosial şəbəkələrdə yayımlanan və H.Mirzəyevin mükafatalandırılmasını əks etdirən görüntülər maraqla qarşılanıb. Hikmət Mirzəyev Birinci Qarabağ müharibəsi zamanı Xüsusi təyinatlı taborun üzvü kimi göstərdiyi şücaətə görə mükafatlandırılıb. Fotoların 1993-cü ildə çəkildiyi bildirilir.