Xəbər verdiyimiz kimi, Xırdalan şəhərinin Şıxəli Qurbanov küçəsində qanunsuz olaraq çoxmənzilli apartman binasının tikintisinin aparılması ciddi narazılığa səbəb olub. 30-dan çox sakin şikayətçi olduğunu dilə gətirib. 

Unikal.org xəbər verir ki, sözügedən məsələ ictimailəşdikdən sonra FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi əməkdaşlarını həmin əraziyə növbəli şəkildə təhkim edib. 

Qanuna əsasən, Abşeron rayon icra başçısı İradə Gülməmmədovanın imzaladığı sərəncamdan kənar qazılan binanın bünövrəsi və döşənilən armaturlar çıxarılıb, yerinə torpaq töküləcək. 

Amma binanı tikməkdə olan şəxs icra hakimiyyətinə güvənərək hələ də narazı sakinlərə təzyiq göstərməkdə davam edir.