Mingəçevirdə yol qəzası baş verib, ana və bala xəsarət alıb.
Unikal.org
xəbər verir ki, hadisə Təbriz küçəsindən qəbiristanlıq yoluna dönən istiqamətdə qeydə alınıb.

Qəza nəticəsində iki minik avtomobili toqquşub və hadisə zamanı Qax rayon sakinləri olan ana və övladı müxtəlif bədən xəsarətləri alıb. 1960 və 1993-cü il təvəllüdlü ana-bala Nuriyə Nəbiyeva və Fatma Nəbiyeva xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(apa.az)