2021/2022-ci tədris ilində təkrar ali təhsil və kadrların yenidənhazırlanması təhsilinə Azərbaycan Dillər Universitetində mövcud olan bütün ixtisaslar üzrə müsabiqə yolu ilə tələbə qəbulu elan edir. 

Unikal.org xəbər verir ki, tələb olunan sənədlər aşağıdakılardır. 

rektorun adına ərizə;
diplom (yaxud diploməvəzi arayış) və əlavəsinin (yaxud transkriptin) surəti;
şəxsiyyət vəsiqəsinin surəti;
3x4 sm ölçüdə 3 ədəd fotoşəkil;
sağlamlıq haqqında arayış.
Sənədlər 2021-ci il iyun ayının 1-dən avqust ayının 10-dək
(istirahət günlərindən başqa) saat 10:00-15:00-dək qəbul ediləcək.
Diqqət: Sənədləri təqdim etmək üçün (012) 564 22 48 nömrəsinə zəng edərək vaxt təyin edilməsi və gələrkən tibbi maskadan istifadə olunması vacibdir.
 
Ünvan: ADU-nun 3 saylı tədris binası
Bakı şəh., Nərimanov ray., Təbriz küç., 81, III mərtəbə, otaq 308
Tel.: (012) 564 22 48; (055) 302 88 57
Email: [email protected]
Sayt: www.adu.edu.az