Azərbaycanda 16 yaşa qədər adına əmək müqaviləsi bildirişi mövcud olan şəxslərin sayı açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Unikal.org-a verilən məlumata görə, “Əmək müqaviləsi bildirişi” altsistemində 143 nəfər 16 yaşa qədər olan şəxsin adına əmək müqaviləsi bildirişi mövcuddur.

Qeyd edək ki, Əmək Məcəlləsinin tələblərinə əsasən 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır.