Ermənistanın paytaxtı Yerevanda yerləşən istilik elektrik stansiyasında yanğın baş verib.

 Unikal.org "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Məlumata əsasən, hadisə yerinə çox sayda yanğınsöndürmə briqadaları cəlb edilib. Yerli vaxtla təxminən saat 19:00-da yanğını lokallaşdırmaq mümkün olub.

Yanğının səbəbi barədə məlumat verilmir.