"Cəmi 23 ay mövcud olmasına baxmayaryaq Azərbaycan Xalq Cümhuriyyəti orduquruculuğu sahəsində ciddi işlər görə bilmişdi. 1918-ci il iyunun 26-da hökumətin qərarı ilə Müsəlman Korpusunun adının dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırılması və bununla da ilk nizami hərbi hissənin yaradılması milli silahlı qüvvələrin formalaşdırılmasında mühüm addım idi.Bu qərar isə müsəlman Şərqində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas vermişdi. Çox təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və Azərbaycan 70 ildən çox Sovetlər İmperiyasının tərkibində yaşamalı oldu". 

Ulu öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə başlanıldı. 

Heydər Əliyev hakimiyyətə gəldikdən cəmi iki il sonra,  1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. SSRİ rəhbərliyi hər cəhdlə bu hərbi liseyin açımasına qarşı çıxsa da ulu öndər Heydər Əliyevin mahir diplomatik bacarığı sayəsində bu cəhdlərin qarşısı alınmışdı. 

Bundan əlavə azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində eyni zamanda SSRİ-nin digər hərbi məktəblərində təhsil almalarının təmin edilməsi ulu öndər Heydər Əliyevin düşünülmüş siyasətinin nəticəsi idi. Həmin illər ərzində hərbi kadrların hazırlanmasına xüsusi diqqətin ayırılması gələcəkdə müstəqil Azərbaycan naminə planlaşdırılmış strategiya idi. 

Sovet İmperiyası dağıldıqdan sonra Azərbaycan da öz müstəqilliyini elan etdi. Lakin o zaman ölkə rəhbərliyinə gələn təsadüfi və səriştəsiz şəxslər, xüsusilə də AXC-Müsavat cütlüyü Azərbaycanı olmazın problemlərlə üz-üzə qoydular. Daxili siyasi hərcmərclik, Ermənistanın isə hərbi təcavüzü hər öztən gün vəziyyəti bir qədər də ağırlaşdırırdı. Xalqın tək ümidi həmin dövürdə Naxçıvanda yaşayan ulu öndər Heydər Əliyevə idi. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında Bakıya gələn Heydər Əliyev qısa zaman ərzində ölkədədki vəziyyəti sabitləşdirdi, 1994-cü ilin may ayının 12-də Ermənistanla atəş müqaviləsi imzaladı. Atəşkəs müqaviləsinin imzalanması ölkədə nizami orduquruculuğunun həyata keçiriləsi üçün vaxtın qazanılması demək idi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə böyük diqqət yetirilirdi ki, nəticədə Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətlənmiş olurdu. 

Ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan Ordusunun hərbi kard potensialının gücləndirilməsi üçün davamlı tədbirlər həyata keçirilir, yeni hərbi profilli təhsil müəssisələri yaradılrdı. Eyni zamanda 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşulması ilə ordumuzun müasirləşdirilməsi istiqamətində ciddi işlərgörülürdü.Bütün bunların nəticəsi olaraq beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovo, Əfqanıstan və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Silahlı Qüvvələri modern orduya çevrildi.

Cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də orduquqruluğu dövlətimizin əsas prioritetlərdinən olmuşdur. Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkə iqtisadiyyatının gücləndilriməsi Azərbaycanın müdafiə  sənayesinin inkişafına böyük təkan vermiş Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən birinə çevirilmişdir.Bu, Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir.

Ən müasir silah-texnikanının alınaraq Azərbaycan Ordusunun arsenalına daxil edilməsi, eyni zamanda ölkəmizin müdafiə sistemlərinin müasirləşdirlməsi, hərbiçilərin döyüş qabiliyyətlərinin davamlı olaraq yüksəldilməsi üçün taktiki təlimlərin, xüsusilə qardaş Türkiyə ilə birgə təlimlərin təlimlərin keçirilməsi, həmçinin hərbiçilərin sosial-rifah, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün həyata keçirilən kompleks tədbirlər ordumuzun güclü orduya çevirilməsini təmin etmişdir. Beynəlxalq reytinq təşkilatlarının heabatları da bu deyilənləri sübut edir və Azərbaycan Ordusu dünyanən 50 ən güclü oruaları sırasındadır. 

27 sentyabr 2020-ci il tarixdə başlayan və cəmi 44 gün davam edən hərbi əməliyyatlar da bir daha Azərbaycan Ordusunun gücünü göstərmiş oldu. Vətən Müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sözün əsl mənasında tarix yazdı. Ən müasir texnologilar əsasında döyüş meydanında düşmənə öz yerini göstərən Azərbaycan Ordusu eyni zamanda dünya hərb tarixində  yeni bir səhifə açmış oldu. 44 gün ərzində qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd, həmçinin Kəlbəcər, Ağdam və Laçın azad edildi. Bütövlükdə 300-dən çox yaşayış məntəqəsi düşməndən təmizləndi. Düşmən Ordumuzun gücü qarşısında geri çəkilərək kapitulyasiya aktını imzalamağa məcbur oldu. 44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan böyük təzyiqlərin, təhdidlərin olmasına rəğmən, Azərbaycan zəfər çaldı. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd etdivə Ordumuzun Qələbə salnaməsi daim xalqın yaddaşında yaşayacaqdır. Xalqımza qələbə svinci yaşadan Azərbaycan Ordusunun hər bir hərbi qulluqçusu hər zaman Müzəffər Ali Baş Komandan, cənab Prezidentimizin diqqət mərkəzindədir. Şəhid ailələri, qazilərimizin yaranmış bütün problemlərinin həlli istiqamətində görülən təxirəsalınmaz tədbirlər, 24 iyun tarixində 76 min 349 nəfər hərbi quluqçun medal və ordenlərlə təltif edilməsi, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə xidmət edən hərbiçilərin maaşlarının ötən gün artıtılması cənab Prezident İlham Əliyevin əskər və zabitlərimizə, ümumilikdə Azərbaycan Ordusuna olan yüksək diqqət və qayğısının göstəricisidir. Bütün bunlar isə xalq-iqtidar və ordumuzun birliyini daha da möhkəmləndirir ki, bu birliyimizin rəmzi də Dəmir Yumruğumuzdur. 

Bu gün 103 yaşlı Azərbaycan Ordusu dünyanın ən müasir, güclü ordularından biri olaraq öz yaranma günün qeyd edir. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci ildə imzaladığı Sərəncama əsasən 23 ildir ki, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü olaraq qeyd edilir. Bu il isə Azərbaycan Ordsu öz yaranma günün möhtəşəm tarixi Zəfər imza atmış, ölkəmizin ərazi bütövlüyünü təmin etmiş  Ordu olaraq qeyd edir. 

Milli Məclisin deputatı Cavid Osmanov