Türkiyə parlamentinin nümayəndə heyəti ABŞ-da iki ölkə arasındakı münasibətlərin vəziyyəti və perspektivləri, Cənubi Qafqaz və Əfqanıstandakı vəziyyəti müzakirə edib.

Unikal.org "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri Akif Çağatay Kılıç deyib.

Onun sözlərinə görə, ABŞ parlamentarilərilə görüş zamanı Qarabağ məsələsinə də toxunulub: "ABŞ Türkiyənin Qarabağ məsələsində Azərbaycanı dəstəklədiyini yaxşı bilir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı BMT səviyyəsində tanınan bir reallıqdır. Bu mövzuda yenidən Ankaranın mövqeyini ABŞ təmsilçilərinin diqqətinə çatdırdıq".