Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 181 milyon 546 min 318 nəfərə çatıb.

Unikal.org Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 932 min 741 nəfərdir. İndiyədək 166 milyon 73 min 285 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 34 490 134 nəfər virusa yoluxub, 619 343 xəstə dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 30 232 320 nəfərdə virus aşkar edilib. Xəstələrdən 395 780 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 18 386 894 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 512 819 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 768 443 yoluxma, 110 951 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Rusiyada 5 430 753 nəfər virusa yoluxub ki, onlardan 132 683-ü dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.