Bakı-Qazax-Gürcüstan magistral yolunun Hacıqabul rayonu ərazindən keçən hissəsində (əks istiqamətdə) avtomobil qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, qarpız daşıyan "QAZel" markalı maşınlar Hacıqabulun Pirsaat kəndi ərazisində toqquşub.

Nəticədə avtomobillərə ciddi ziyan dəyib, qarpızlar yola tökülüb.

Qəza zamanı ölən və yaralanan olmasa da yolda kiçik tıxac yaranıb.