İnqilab Keşikçiləri Ordusu tabeliyindəki Bakiatullah Tibbi Elmləri Universiteti tərəfindən COVID-19-a qarşı yaradılan “Noora” vaksini təqdim edilib.

Unikal.org xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, vaksinin təqdimatında İnqilab Keşikçiləri Ordusu baş komandiri, general-leytenant Hüseyn Səlami və səhiyyə naziri Səid Nəməki iştirak edib.

Vaksinin ilk dozu universitetin dekanı Dr. Samadiniyaya tətbiq olunub.