Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası Ermənistanın yeni parlamentində 71 deputat mandatı alacaq. Ona 688 761 seçici səs verib.

Unikal.org xəbər verir ki, bu barədə Ermənistan mərkəzi seçki komissiyasının sədri Tiqran Mukuçyan MSK-nın iclasında bildirib. Onun sözlərinə görə, keçmiş prezident Robert Koçaryanın “Ermənistan” bloku parlamentdə 29 mandata malik olacaq.