Türkiyənin Tekirdağ şəhərində ölümlə nəticələnən cinayət  hadisəsi  baş verib.  

Unikal.org xəbər verir ki,  13 yaşlı qız  56 yaşlı İ. O ögey anasına bıçaq zərbəsi yetirərək, həyatına son qoyub.  Belə  ki, ögey ana və qız arasında  münaqişə yaranıb. Bundan sonnra azyaşlı qız masanın üzərində olan bıçaqla  qadına qarın nahiyəsində  dəfələrlə  bıçaq zərbəsi yetirib.  Nəticədə  qadın qanaxmadan həyatını itirib.  Qız isə  hadisəni  törətdikdən sonra evdən qaçıb. 

Polislər onu qısa zamanda saxlayıblar. Faktla bağlı araşdırma aparılır.