Bakıda dənizə çirkab suların axıdılması ilə bağlı görüntülər yayılıb. 

Unikal.org xəbər verir ki, bununla bağlı sabiq deputat Nazim Bəydəmirli öz "Facebook" hesabında paylaşım edib. 

Belə ki, çimərliyə üz tutan sabiq millət vəkili, kanalizasiya sularının dənizə axıdılığını təsdiq edən video çəkib. O, bu səbəbdən çimərlikdə istirahətdən imtina etdiyini bildirib.