Bakıda güclü külək nəticəsində Bakı-Sumqayıt qatarının hərəkəti dayanıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Unikal.org-a verilən məlumata görə, güclü külək Bakı Sərnişin Stansiyasının yaxınlığında iri gövdəli ağacı aşıraraq həm kontakt şəbəkəni qırıb, həm də dəmir yolunu bağlayıb:

“Hazırda bir xəttdən istifadə olunduğu üçün Sumqayıt istiqamətindən Bakıya gələn qatarlarda gecikmə müşahidə edilir. Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır”.