Uzun illər keyfiyyəti və yenilikləri ilə alıcıların rəğbətini qazanan, “Kərə Ləzzətli Möcüzə” yağlarının həyata keçirdiyi “Sən Özün Bir Möcüzəsən” adlı layihəsi istehlakçıların marağına səbəb oldu. 

Unikal.org xəbər verir ki, paytaxtın bir neçə böyük marketlərində yerləşdirilmiş xüsusi cihaza yaxınlaşan insanlar “Möcüzə” yağlarının stendində sürprizlər qarşılaşır. Onlar özlərini  güzgüdə görür və dərhal sonra “Sən Özün Bir Möcüzəsən” yazısı çap edilmiş şəkillərini cihazdan təhvil alırlar. Bu layihə vasitəsilə marka istehlakçısına illərdir ona sadiq olduğu üçün öz növbəsində təşəkkürünü bildirir.
Qeyd edək ki, “Sən Özün Bir Möcüzəsən” layihəsi 1-10 iyul tarixlərində Park Bulvar AVM-də davam edəcək.