ABŞ-ın  Los-Anceles şəhərində beynəlxalq hava limanınında qeyri-adi hadisə yaşanıb. 

Unikal.org xəbər verir ki, "United Express" təyyarəsi  havaya qalxarkən 33 yaşlı Meksika  vətəndaşı özünü  hava nəqliyyatından atıb.  Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Belə  ki,  Los-Anceles şəhər məhkəməsi  meksikalı  barəsində  cinayət  işi açıb.  Onun uçuş heyətinə və sərnişinləri  panikaya saldığı üçün 20 il  müddətində  azadlıqdan məhrum edilməsi düşünülür.