Dünyaca məşhur aktrisa Zendayanın "Hörümçək adam" filminin 25 yaşlı ulduzu, aktyor Tom Hollandla münasibətdə olması təsdiqlənib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, cütlük Los-Ancelesdə avtomobildə öpüşərkən paparatsilərin hədəfinə tuş gəlib.

Qeyd edək ki, cütlüyün 2017-ci ildə "Hörümçək adam"ın çəkilişlərindən sonra eşq yaşadığı iddia edilsə də, sübut olunmamışdı. Onlar filmdə də sevgili obrazını canlandırırdılar.