“Dünənki palçıq vulkanı Daşlı ada deyilən yerə yaxın ərazidə püskürüb. Bu vulkan çoxdandır ki, püskürmürdü. Sonuncu dəfə həmin vulkan 1945-ci ildə püskürüb”.

Unikal.org-un xəbərinə görə, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, vulkan 8 dəqiqə püskürüb:

“Dərinliyi 1,48 km olub”.