Nigeriyanın Kaduna ştatının Damişi şəhərində naməlum silahlı şəxslər tərəfindən Bethel Baptist liseyindən 140 şagird qaçırılıb.

Unikal.org xarici KİV-ə istinadən  xəbər verir ki, cinayətkarlar liseyin hasarından aşaraq bu əməli törədiblər. Hücum zamanı 25 şagird onların əlindən qaçmağı bacarıb.

Qeyd edilir ki, son zamanlar ölkədə təhsil ocaqlarına bənzər hücumların sayı artmaqda davam edir.