Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi başa çatıb.

Unikal.org xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin saytında 14976 bakalavr (Azərbaycan bölməsi üzrə 13717, rus bölməsi üzrə 1259) öz ərizəsini təsdiq etdiyi qeyd olunub.

Qeyd edək ki, 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi iyunun 29-da başlamışdı.