"Kalp yarası" serialında rol alan aktyor Gökhan Alkan ayrılıq xəbərləri çıxan aktrisa Nəsrin Cavadzadə ilə aralarındakı münasibətlə bağlı yaranan suallara son qoyub.

Unikal.org  xəbər verir ki, Gökhan İnstaqram hesabında Nəsrinin uşaqlıq fotosunu və birlikdə çəkdirdikləri son şəkillərini paylaşaraq qısa şərh yazıb:

"Kədərli baxışlım, yox burunlum. Sonsuz xoşbəxtlik, qara incilərində itmək. Və alnında çıxmaqla-çıxmamaq arasında qərarsız qalan balaca saçlarını qoxlamaq".

Bununla da aktyor münasibətlərinin davam etdiyi mesajını verib.

Qeyd edək ki, çəkilişdə tanış olan və ardından eşq yaşayan cütlüyün bir müddət əvvəl ayrıldığı iddia edilmişdi.