2019-cu ildə Çində yayılan koronavirus getdikcə pandemiyaya çevrildi, mutasiyaya uğradıqca yeni ştammlar meydana gəldi. 

Unikal.org xəbər verir ki, hazırda COVID-19 pandemiyasının "Delta" və "Delta Plus"  variantları dünyada sürətlə yayılır. Ölkəmizdə hələ sözügedən ştamma rast gəlinməsə də artıq qardaş ölkə Türkiyənin 30 əyalətində "Delta", 3 bölgəsində isə "Delta Plus" ştammlarına rast gəlinib.

Bəs bu yeni variantların xüsusiyyəti nədir?

Delta ştammının mutasiyası əvvəlkilərdən 60 % daha sürətli yoluxdurucu gücə malikdir. O, indiyə qədər olan ən təsirli koronavirus mutasiyasına çevrilib. 

Delta variantının simptomları adi qripə çox bənzədiyindən əksər vaxt insanlar onları bir-biri ilə səhv salır. Belə ki, qripdən fərqli olaraq delta variantı baş ağrısı, burun axıntısı ilə yanaşı, öskürəklə müşahidə olunur. Nadir hallarda olan simptomlarından biri də eşitmə qabiliyyətinin itirilməsidir.

Mütəxəssislər "Delta Plus"u mutasiyanın mutasiyaya uğramış halı olaraq təyin edirlər. Onun ümumi göstəriciləri Delta variantına bənzəyir. Ancaq o, deltadan daha sürətli yoluxdurma qabiliyyətinə malikdir.

Ağarza Elçinoğlu