Genişlənmə məsələləri və qonşuluq siyasəti üzrə Avropa komissarı Oliver Varheli Azərbaycana səfər edəcək.

Unikal.org xəbər verir ki, səfər zamanı "Şərq tərəfdaşlığı" regionu üçün iqtisadi və investisiya planları və təşəbbüslər təqdim olunacaq.

Bundan başqa, ikitərəfli münasibətlərin əsas məsələləri və COVID-19 pandemiyası ilə mübarizə müzakirə olunacaq.