Amerikada yaşayan türk bədən tərbiyəçisi Deniz Saypınar geyiminə görə  təyyarəyə buraxılmayıb.  

Unikal.orgxəbər verir ki, qadın açıq-saçıq geyimində olduğuna görə,Texas Hava limanından Mayamiyə uçan təyyarəyə buraxılmayıb.  O, bununla bağlı  1 milyon izləyicisi  olan "Instagram"da ağlayaraq başına gələn hadisədən danışıb. 

"Türkiyədə böyümüşəm. Mən qadınam. Qadınlığımı göstərməyi sevirəm. Nə geyinəcəyimi biləcək qədər də mədəniyəm. Burada qadınlara, biseksuallara, trans və geylərə çox təzyiq var. Bu səbəbdən cinsiyyətə görə sinif ayrıcalığı olmayan ölkəyə köçdüm. Bəlkə Türkiyə tətili və ya səyahət üçün yaxşıdır, lakin yaşamaq üçün deyil. Şortik geyindiyim üçün təhdid edilməməliyəm. Özünüzlə bağlı hər hansı söz haqqına sahib deyilsinizsə, heyvandan nə fərqiniz qalır?".