Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərinə qanunsuz gedərək minaya düşən şəxslərdən biri ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Unikal.org -a bildirib ki, minaya düşənlərdən biri Nuru Nuriyev həlak olub: "Onun meyiti ərazidən çıxarılıb. Elnur Həşimov isə minaya düşməsi nəticəsində hər iki ayağını itirib. O ərazidən çıxarılaraq xəstəxanaya təhvil verilib".

Qeyd edək ki, iyulun 8-də Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimov nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşüb.

Məlumata görə, Nuru Nuriyev hələ fevral ayında işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərərkən polis əməkdaşları tərəfindən saxlanılmış və inzibati qaydada 30 sutka həbs olunub.