Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, bu günün rəqəmi isə 540-dır.

Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti tərəfindən 2021-ci ilin I yarımili ərzində prokurorluğun fəaliyyətindəki yeniliklər, ictimai maraq kəsb edən cinayət hadisələri, habelə Baş Prokurorluğun rəhbərliyinin işgüzar görüşləri və səfərləri barədə 540 məlumat hazırlanaraq Baş Prokurorluğun veb-saytında və sosial media səhifələrinə yerləşdirilmiş, eyni zamanda kütləvi informasiya vasitələrinə yayılması təmin edilib.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.