“Neftçi”nin Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Dinamo” (Tbilisi, Gürcüstan) komandası Bakıya gəlib.

Unikal.org xəbər verir ki, bu barədə Tbilisi təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Neftçi” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah “Dinamo”nu qəbul edəcək. 8-ci km stadionunda keçiriləcək görüş saat 21:00-da başlayacaq. Komandalar arasında baş tutan ilk matçda “Neftçi” 2:1 hesablı qələbə qazanıb.