Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Zəngəzur Mis-Molibden Kombinatının ərazisinə daxil olublar.

Unikal.org xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, kombinatın təhlükəsizlik xidmətinin əməkdaşları saxlanılıb.

Qeyd edək ki, bir müddət əvvəl hakimiyyətin müəssisədən mis və molibden ixrac edilməsinə icazə vermədiyinə dair məlumat yayılmışdı.

Xatırladaq ki, Zəngəzur Mis-Molibden Kombinatı Ermənistandan mənbəyini götürməklə Azərbaycan ərazisində Araz çayına tökülən Oxçuçayı radioaktiv tullantılarla çirkləndirir.