Azərbaycandan Döyüş sambosu üzrə milli komanda dağılıb. 

Unikal.org-un əldə etdiyi məlumata görə, artıq bir müddətdir ki, sambonun bu növü üzrə milli komandanın heç bir fəaliyyəti yoxdur. 

Hətta Bəxtiyar Abbasov da üzvü olduğu döyüş sambosu üzrə milli komandadan kənarlaşıb.

Şəhriyar Abbasovun Unikal.org-a bildirdiyinə görə, sözügedən milli komandanın dağılması səbəbindən qardaşı oradan uzaqlaşıb. Ancaq o, MMA idmançı və  məşqçi kimi karyerasını davam etdirir. 

Məsələ ilə bağlı Azərbaycan Sambo Federasiyasının döyüş sambosu üzrə vitse-prezidenti Murad Cəfərovla əlaqə saxlamağa çalışsaq da, buna nail ola bilmədik. Aldığımız məlumata görə, qurum rəsmisi hazırda İstanbulda klinikaların birində müalicə alır. 

Aygün İlqarqızı