Bakıda Binə qəsəbəsində Fərid Şadıq Sarayının qarşısında ölümlə nəticələn yol qəzası baş verib.

Unikal.org-un məlumatıan görə, "KamAz" markalı yük maşını yolu keçən 11-ci sinif məzunu Mirzəyev Əhmədi vurub.

Qəza baş verən əraziyə polis əməkdaşları və təcili yardım cəlb olunub. Əraziyə gələn səhiyyə əməkdaşlarının bildirdiyinə görə, piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Əldə etdiyimiz məumata görə, qəza nəticəsində dünyasını dıyişən Mirzəyev Əhməd Binə Məscdinin mollası Kərbəlayi Zahidin övladıdır.