UEFA-nın rəsmi saytındakı səsvermə əsasında Avro-2020-nin ən baxımlı qoluna aydınlıq gəlib.

Unikal.org xəbər verir ki, Çexiya millisinin hücumçusu Patrik Şikin Şotlandiyaya vurduğu qol, turnirin ən baxımlı qolu seçilib.

Ən yaxşı qol seçilməklə yanaşı Şikin şotlandların qapısına 45 metrdən vurduğu qol, Avropa çempionatının tarixinə ən uzaq məsafədən vurulan qol kimi keçib.