İmişlidə baş verən qəzada 3 nəfər xəsarət alıb.

Unikal.org xəbər verir ki, hadisə İmişli rayonunun Sarxanlı kəndində qeydə alınıb.

“Opel” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Nəticədə avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.