Boloniya Universitetinin alimlərinin rəhbərlik etdiyi beynəlxalq araşdırmaçılar qrupu indiyədək məlum olan ən qədim mikrobların daşlaşmış qalıqlarını aşkar edib.

Unikal.org bildirir ki, bu barədə “National Geographic” məlumat yayıb.

Belə ki, canlı orqanizmlərin izlərinin Afrikadakı Barberton zolağında, Svazilendin Mozambiklə sərhədi yaxınlığında tapıldığı qeyd edilib. Mikrobların 3,42 milyard il öncə dəniz dibində, hidrotermal sistemdə yaşadığı qeyd edilir.